• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ordubadın səkkiz kəndində işıq olmayacaq

CƏMİYYƏT

20 Fevral 2026 | 18:02

Ordubadın səkkiz kəndində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun səkkiz kəndində fevralın 21-də elektrik enerjisinin verilişi dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ərazidə planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə bağlı sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Bu səbəbdən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026