• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Onlar İrana təslim oldular - Netanyahu

DÜNYA

04 Iyun 2023 | 19:05 | Müəllif: Subhan Mahmudov

Onlar İrana təslim oldular - Netanyahu

MAQATE İran hakimiyyətinə təslim oldu.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu MAQATE-nin İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına münasibət bildirərkən deyib.

"İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. MAQATE-nin bu zəif bəhanələr qarşısında təsirsiz davranışı İran hökmdarlarına açıq şəkildə göstərir ki, onlar öz pozuntularına görə heç bir bədəl ödəməli olmayacaqlar və nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldada bilərlər”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026