q
  • Bakı 14° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Ölkədə kredit kartları niyə azalıb?

İQTİSADİYYAT

06 May 2026 | 15:05

Ölkədə kredit kartları niyə azalıb?

Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.

AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.


SON XƏBƏRLƏR

05 May 2026