• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ölkədə bu dövlət bayramı ləğv edilir

CƏMİYYƏT

22 Sentyabr 2022 | 10:14

Ölkədə bu dövlət bayramı ləğv edilir

Qazaxıstanda respublikanın birinci Prezidentinin Günü dövlət bayramları siyahısından çıxarılır.

Bakıvaxtı.az  “TASS”a istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları bununla bağlı qanun qəbul ediblər. 

Qeyd edək ki, Qazaxıstanda birinci Prezident Günü dekabrın 1-i qeyd olunur.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən həftə konstitusiyaya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bununla da, paytaxt Nur-Sultanın adı dəyişdirilib və yenidən Astana adlandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026