• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nvaneri "Arsenal"ın tarixinə düşdü

İDMAN

06 Yanvar 2025 | 10:00

Nvaneri "Arsenal"ın tarixinə düşdü

İngiltərə təmsilçisi "Arsenal"ın gənc futbolçusu İtan Nvaneri "topçular"ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb.

Bakıvaxtı.az İngiltərə Premyer Lqiasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XX turda "Brayton"la matçda (1:1) fərqlənən futbolçu "Arsenal"ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.

O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottinqem Forest"lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan E.Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026