• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndi

HADİSƏ

28 Iyul 2022 | 12:19

Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndi

İsmayıllıda nömrəsiz avtomobil idarə edən sürücülər cərimələnib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilmələri məqsədilə profilaktik tədbirlər keçirilib.

Rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb. Onların sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub.

Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.


Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026