Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Novruz Qasımovun idarə etdiyi "VAZ 21150" markalı avtomobil idarəetməni itirərək yoldan çıxararaq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
















