• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Niyə cılızlaşırıq?

CƏMİYYƏT

10 Avqust 2022 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

Niyə cılızlaşırıq?

Yəqin, hər kəs fərqindədir ki, 30-40 il əvvəlki insanlarla müqayisə etdikdə indi sanki hər kəsdə cılızlaşma gedir. Gənc nəslin boyu çox balaca, olduqda arıqdırlar. İnsanların bu cür cılızlaşma səbəbi nədir?

Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, insanların inkişafında problem yaranmasının səbəbləri çoxdur: “Səbəblərdə qidalanma faktorundan tutmuş, ekoloji tarazlığın pozulmasına qədər baş verən bütün proseslər var. Bundan əlavə, uşaqların ana bətnində inkişafı ilə bağlı çoxlu suallar var. Həmin problemlər öz həllini tapmadığı üçün uşaqlarda belə cılızlaşmalar gedir”.

R.Bağırov deyir ki, uşaqların doğulması və böyüməsi ilə bağlı lazım olan prinsiplərə əməl olunmur: “Misal üçün, ana bətnində uşağın inkişafı ilə bağlı pediatırlarımızın apardığı müalicə prosesləri heç də Avropa və Amerikanın apardığı yanaşmalarla eyni deyil. Bundan əlavə, uşaqlar doğulduqdan sonra 17-18 yaşa qədər inkişaf prosesi ilə bağlı nə pediatr, nə də digər həkimlər onlara düzgün yol göstərmir, uşaqların inkişafı üçün hansı qida və dərmanlarlardan istifadə etmək lazım olduğunu deyə bilmirlər. Ona görə, kimin nə potensialı var, həmin potensialla böyüyür”.

Həkim qeyd edib ki, onların inkişafı üçün hər hansı stumilyasiya verilə bilmir: “Əlavə olaraq, yediyimiz qidalar oqanizm üçün kifayət qədər problemli qidalardır. Rusiyanın taxıl fondunun prezidenti deyir ki, misal üçün, Azərbaycan bizdən 4-cü sort buğdanın ununu götürür. 4-cü sort buğda, adətən, heyvanlara verilən yemlikdir. Əgər biz ondan çörək kimi istifadə ediriksə, təbii ki, o, bizim orqanizmimizə pis təsir edəcək”.

Onun sözlərinə görə, tullantı məhsullarının vaxtında zərərsizləşdirilməməsi, insanların sıx yaşaması, qida problemi, bütün bunların hamısı ekoloji tarazlığı pozur. Nəticədə insanlar normal şəkildə inkişaf edə bilmir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026