• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Neymar yenidən "Barselona"da?

İDMAN

03 Oktyabr 2024 | 15:00

Neymar yenidən "Barselona"da?

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının braziliyalı hücumçusu Neymar gələn yay İspaniya təmsilçisi "Barselona"ya qayıda bilər.

Bakıvaxtı.az "Sport.es"ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Kataloniya klubunun rəhbərliyinin transfer siyahısında ikinci priroretdir.

Hazırda “Barselona”nın əsas hədəfi “Mançester Siti”nin (İngiltərə) futbolçusu Erlinq Holanndır. Norveçli hücumçunun transferi alınmayacağı təqdirdə, klub hücum xəttini Neymarla gücləndirmək niyyətindədir. Bundan əlavə, futbolçu gələn yay azad agent olacağı üçün Kataloniya təmsilçisi onu pulsuz almaqda maraqlıdır.

Neymarın 2026-cı ildə keçiriləcək dünya çempionatında Braziliya millisinin heyətində yer almaq niyyətində olduğu və bu səbəbdən "Barselona"ya getmək istədiyi bildirilir.

Qeyd edək ki, "Əl-Hilal"ın heyətində cəmi 5 oyuna çıxan futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və 11 aydan çoxdur futbol oynamır. Neymar 2013-2017-ci illərdə "Barselona"nın formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026