• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Netanyahunun oğlu ABŞ-dən təcili təxliyə edildi

DÜNYA

30 Avqust 2026 | 09:04 | Müəllif: Subhan Mahmudov

Netanyahunun oğlu ABŞ-dən təcili təxliyə edildi

İsrailin Şin Bet (Şabak) təhlükəsizlik xidməti bu ölkənin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunu sui-qəsd təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarından (ABŞ) təcili təxliyə edib.

Bakıvaxtı.az bildirir ki,  bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, Yair Netanyahuya ciddi zərərvurma riski olub. Bu hal nəzərə alınaraq, vəziyyət qiymətləndirildikdən sonra onun təcili olaraq təhlükəsizlik xidməti ilə birlikdə İsrailə geri göndərilməsi qərara alınıb.

Vurğulanıb ki, Yair Florida ştatını mühafizəçilərlə birlikdə tərk edib. "O, əşyalarını belə, götürməyib. Yair hazırda İsraildədir", - deyə məlumatda diqqətə çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR