• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Neftçi" klubunda yeni təyinat olub

İDMAN

20 Dekabr 2021 | 15:46

"Neftçi" klubunda yeni təyinat olub

“Neftçi” Peşəkar Futbol Klubuna yeni idman direktoru təyin olunub.

Paytaxt təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.

37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026