• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nazirdən 8 Mart ÇAĞIRIŞI: Valideynlər utanmamalıdır

CƏMİYYƏT

27 Fevral 2023 | 15:58 | Müəllif: Qalib İbrahimoğlu

Nazirdən 8 Mart ÇAĞIRIŞI: Valideynlər utanmamalıdır

“8 mart günü ilə bağlı müəllimlərin hədiyyə tələb etməsi və bu günlə əlaqədar pulun yığılması xoşagəlməzdir"

Bakıvaxtı.az xəbər verir ki, bu barədə media üçün keçirdiyi brifinqdə Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, külli miqdarda pulun toplanması və bahalə hədiyyənin alınması pedaqoji dəyərlərə ziddir. 

Onun sözlərinə görə, hədiyyə alınması ilə bağlı çağırışlar və tələblər varsa, valideynlər nazirliyin qaynar xəttinə məlumat verməlidirlər.

"Müəllimlərə hədiyyə verməməyə görə valideynlər utanmamalıdır. Valideynlər rüşvət mənasında hədiyyə verməkdən çəkinməlidirlər”, - deyə nazir vurğulayıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026