Müttəfiqi Mariya Pevçik Aleksey Navalnının ölümündən öncə məhbus mübadiləsi yolu ilə azadlığa çıxmaq üzrə olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
M.Pevçik müxalifət liderinin Almaniyada qətlə görə ömürlük həbs cəzası çəkən rusiyalı qatil Vadim Krasikovla dəyişdirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Onun sözlərinə görə, danışıqlar fevralın 15-də yekunlaşıb.
Ertəsi gün isə Navalnı həbsxanada ölüb.
Pevçik iddia edir ki, hazırda Rusiyada saxlanılan iki ABŞ vətəndaşı da müqavilənin bir hissəsi olub. Danışıqlarda Almaniya və Amerika da iştirak edib.
Günəş Mərd









jpg-1711538333.webp)






