• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

NATO Ukrayna üçün toplanır

DÜNYA

10 Oktyabr 2022 | 17:10

NATO Ukrayna üçün toplanır

NATO-ya üzv dövlətlərin Müdafiə nazirliklərinin nümayəndələri bu həftə Belçikanın paytaxtı Brüsseldə toplaşacaq.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatı “The Washington Post” yayıb.

Bildirilib ki, müdafiə nazirliklərinnin nümayəndələri Rusiyanın Ukraynaya ard-arda raket zərbələri fonunda “Ramştayn” formatında çərçivəsində təcili toplanır.

Toplantının dəqiq tarxi məlum deyil. Ukrayna üzrə təmas qrupuna ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi başçılıq edəcək.

Məlumata görə, yaxın günlərdə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlər də daxil olmaqla 40-dan artıq ölkə Ukraynaya yardım məqsədi ilə Almaniyanın Ramştayn şəhərindəki ABŞ-ın hərbi bazasında toplantı keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR