• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

SİYASƏT

12 Mart 2024 | 18:13 | Müəllif: Subhan Mahmudov

Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə mümkün qədər çox özəl sektoru cəlb etməkdir.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın "The Guardian" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, özəl sektor yeni təşəbbüs, format, maliyyələşdirmə mexanizmləri üçün çox yaxşı mənbədir.

M.Babayev COP çərçivəsində danışıqlarda 1,5°C hədəfinə nail olunmasının diqqət mərkəzində saxlanılmalı olduğunu da vurğulayıb:

"1,5°C hədəfinə nail olmaq üçün səylərimizi birləşdirməliyik. Bu məsələyə dair bədbin deyiləm. Biz qlobal səviyyədə emissiyaların azaldılması proqramın məqsədinə və həyata keçirilməsinə doğru irəliləməliyik. Əgər biz hərəkətə başlasaq, əvvəlki COP-larda əldə olunmuş razılaşmaları həyata keçirməyə başlasaq, bizim şansımız var. Biz mümkün olan hər şeyi edəcəyik".

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR