• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Minimum pensiya 240 manata çatdırılıb

CƏMİYYƏT

30 Dekabr 2021 | 11:36 | Müəllif: Qalib İbrahimoğlu

Minimum pensiya 240 manata çatdırılıb

"Minimum pensiya 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlar və qanun layihəsi ilə əlaqədar brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanda sosial minimumların artırılması sosial rifahın yaxşılaşdırılması baxımından vacibdir: “Prezidentin sərəncamı ilə təsdiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırıldı. Bu da 65 min vətəndaşı əhatə edəcək. Onu da qeyd edim ki, sosial ödənişlər son 3-4 ildə 60 faiz artıb və artıq 6,4 milyard manata çatır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026