• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Met-Ak”ın işi MƏHKƏMƏDƏ ARAŞDIRILACAQ

CƏMİYYƏT

14 Mart 2023 | 10:04

“Met-Ak”ın işi MƏHKƏMƏDƏ ARAŞDIRILACAQ

Azərbaycanda tikinti materialları istehsalçısı olan “Met-Ak” MMC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Met-Ak” barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məcəllənin 485.2-ci maddəsində bildirilib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026