• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur pilotun atası Bakıda xəstəxanaya yerləşdirilib

FORMULA 1

17 Sentyabr 2024 | 13:41

Məşhur pilotun atası Bakıda xəstəxanaya yerləşdirilib

Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı "Red Bull" pilotu Serxio Peresin atası Antonio Peres xəstəxanaya aparılıb.

Bakıvaxtı.az "El Heraldo" nəşrinə istinadən xəbər verir ki, hadisə bazar günü Meksikanın paytaxtı Mexikoda baş verib.

Onun evində huşsuz vəziyyətdə tapıldığı yazılıb.

Meksikalı sürücünün agenti Esmeralda Mendoza şəxsi instaqram səhifəsində foto paylaşıb. O, A.Peresin durumunun sabit olduğunu bildirib.

Pilot Bakıdakı yarışın sonlarında qəza törədib. Məhz bundan sonra onun atasında infarkt əlamətləri olduğu vurğulanıb. A.Peres Qran-prini Meksikadakı evində izləyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olub.


Məşhur pilotun atası Bakıda xəstəxanaya yerləşdirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026