• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məşhur aktyor xərçəngdən öldü

MƏDƏNİYYƏT

25 Oktyabr 2023 | 11:53 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur aktyor xərçəngdən öldü

“Şaft” filminin ulduzu Riçard Roundtree dünyasını dəyişib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 81 yaşlı aktyor mədəaltı vəzi xərçəngindən vəfat edib.

1942-ci ildə Nyu-Yorkun Nyu-Roşel şəhərində anadan olan Roundtree məktəbin ulduz futbolçusu olub. İdman qabiliyyətləri sayəsində Cənubi İllinoys Universitetində futbol təqaüdü qazanıb. Aktyorluq karyerasını davam etdirən  Roundtree 1963-cü ildə məktəbi tərk edib.

1971-ci ildə "Şaft" filmində debüt etməzdən əvvəl əsasən teatr səhnəsində olub. “Şaft”ın uğurundan sonra daha iki serialda çəkilib.

Onu böyük ekranda sonuncu işi Ceyn Fonda və Lili Tomlinlə birlikdə 2022-ci ildə “Moving On” komediya filmi olub.

Qeyd edək ki, 1993-cü ildə döş xərçəngi diaqnozu qoyulan Roundtree kişilərin sağlamlığı haqqında məlumatlılığı artırmaq üçün mübarizə aparıb.

Nərgiz Məmmədli


Məşhur aktyor xərçəngdən öldüMəşhur aktyor xərçəngdən öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026