• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Mayk Conson: "Zelenski istefaya gedə bilər"

DÜNYA

03 Mart 2025 | 13:04 | Müəllif: Əli Hüseynov

Mayk Conson: "Zelenski istefaya gedə bilər"

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson NBC News-a müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, Conson müsahibədə prezident Donald Tramp və Zelenski arasında Oval Ofisdə baş tutan müzakirəni təhlil edib.

"Zelenskinin Ağ Evdə etdikləri bizə onun hələ buna hazır olmadığının siqnalı idi və məncə, bu, böyük məyusluqdur",- Nümayəndələr Palatasının spikeri qeyd edib.

Conson Trampın Rusiya və Ukraynanı sülh üçün bir araya gətirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, ABŞ-nin müzakirə etdiyi sülh sazişinin əldə olunması üçün Zelenski  minnətdarlıqla masaya qayıtmalı və ya ölkəyə başqasının rəhbərlik etməsinə nail olmalıdır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026