"Twitter"i aldıqdan dərhal sonra minlərlə insanın işdən çıxarılacağını açıqlayan İlon Mask, keçən həftə işçilərinə göndərdiyi e-poçtlara görə tənqid oxlarının hədəfi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, şirkətin gündə 4 milyon dollardan çox zərər çəkdiyini açıqlayan Maskın Hindistanı hədəf aldığı öyrənilib.
“The Straits Times” qəzetinin xəbərinə görə, Hindistanda 200-dən çox işçisi olan "Twitter", işçilərinin əksəriyyətini işdən çıxarıb. Yeni Dehli, Mumbay və Benqalur ofislərində çalışanların 90 faizi işdən çıxarıldığı halda, bu insanların 70 faizi texniki qrupda idi.
Bundan əlavə, marketinq, ictimai siyasət və korporativ kommunikasiyalar bölmələrində çalışan bəzi işçilər də işdən çıxarılıb.
Nur












jpg-1670419372.webp)



