Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasına görə, Yer kürəsində G1 maqnit fırtınası başlayıb və günün sonuna qədər qaranlıqda qütb parıltısı görünə bilər.
Bakıvaxtı.az xəbər verir ki, Laboratoriya sürətli Günəş küləyinin Yer kürəsinə ən güclü təsirinin şənbə və bazar günlərində gözlənildiyini və qeyri-sabit geomaqnit şəraiti dövrünə səbəb olacağını bildirib.
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit fırtınası başlayıb. Hazırkı səviyyə G1-dir: beş ballıq şkala üzrə minimum", - Laboratoriya Telegram kanalında bildirib.
Alimlər qeyd ediblər ki, bu günün sonuna qədər, qaranlıq çökdükcə, qütb parıltısını müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, Yer kürəsində yayılan maqnit fırtınası metohəssas insanlara təhlükə hesab olunur. Bu zaman insanlar arasında qəfil ürəktutmaları kimi hallar baş verir.
Bakı 




