Kiyev rejimi Zaporojyedəki istirahət bazasını vurmaqla müharibə qaydalarını tamamilə pozub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə LXR Xalq Şurasının komitə sədri Aleksandr Krierenko bildirib.
O, mülki şəxslərin və uşaqların öldürülməsinin Ukrayna üçün yeni taktikaya çevrildiyini qeyd edib. A.Krierenkonun sözlərinə görə, Kirillovkaya edilən bu hücum Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatının bəyanatlarından sonra xüsusilə nümayişkaranə xarakter daşıyır.
Zeynəb Rzayeva
Bakı 



