• Bakı 24° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Fransada yanğın: Hərbi və sənaye obyektləri təhlükə altındadır

DÜNYA

27 Iyul 2026 | 16:55

Fransada yanğın: Hərbi və sənaye obyektləri təhlükə altındadır

 Fransanın cənub-qərbində baş verən meşə yanğını qərbi Bordo bölgəsində yerləşən hərbi və sənaye obyektlərini təhlükə altına alıb.

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, ərazidə M51 ballistik raketi üçün yanacaq istehsal edən zavod da daxil olmaqla, "ArianeGroup"un dörd müəssisəsi yerləşir. 

Ərazidə həmçinin "Roxel France" (raket mühərrikləri), "Dassault Group" (aerokosmik), 2Safran" (təyyarə komponentləri) və "Thales" (hərbi, aerokosmik və dənizçilik sektorları üçün informasiya sistemləri) şirkətlərinin zavodları yerləşir.

Fransa Silahlı Qüvvələr Nazirliyi bu obyektlərin təhlükəsizliyini təmin etmək üçün qüvvə və resursların ayrıldığını bildirib. Hərbçilər obyektlərin ətrafında qazıntı işləri aparır, yanğından mühafizə yolları yaratmaq üçün bitki örtüyünü təmizləyir. 

Yanğını söndürmək üçün departamentə 2500 yanğınsöndürmə və xilasetmə xidməti əməkdaşı göndərilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR