• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Lalə Şövkət Prezidentə ilk dəfə müraciət etdi

CƏMİYYƏT

14 Dekabr 2021 | 16:12 | Müəllif: Subhan Mahmudov

Lalə Şövkət Prezidentə ilk dəfə müraciət etdi

Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Lalə Şövkət Saleh Rüstəmovun azadlığa buraxılmasını xahiş edib:

"Cənab Prezident!

Mən ilk dəfədir Sizə müraciət edirəm.

39 gün aclığı davam etdirən Saleh Rüstəmov artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir.

Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər. Saleh bəyi ölməyə qoymayın!"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR