• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Laçında ekskavator tank əleyhinə MİNAYA DÜŞDÜ

HADİSƏ

13 Sentyabr 2023 | 18:51 | Müəllif: Subhan Mahmudov

Laçında ekskavator tank əleyhinə MİNAYA DÜŞDÜ

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

Bakıvaxtı.az verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı, texnikaya ziyan dəydiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026