• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kristian Eriksen məşqlərə başlaydı

İDMAN

31 Dekabr 2021 | 10:37 | Müəllif: Qalib İbrahimoğlu

Kristian Eriksen məşqlərə başlaydı

Hazırda azad agent statusunda olan futbolçu Kristian Eriksen məşqlərə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, jurnalist Nikolo Skira danimarkalı yarımmüdafiəçinin bir neçə təklif aldığını bildirib.

O, Eriksenlə Danimarka, Niderland və İngiltərə klublarının əlaqə saxladığını yazıb.

Qeyd edək ki, İtaliya "İnter"i dekabrın 17-də Kristian Eriksenin komandadan getdiyini açıqlayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. A Seriyasının qaydalarına əsasən, də futbolçu defibrillyatorla oynaya bilməz.

K.Eriksen iyunun 12-də Avropa çempionatının Danimarka - Finlandiya (0:1) oyunu zamanı yerə yıxılıb və ayağa qalxa bilməyib. Meydanda ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar. Sonradan K.Eriksenin ürək dayanması keçirdiyi müəyyənləşib. Oyunçuya kardioverter-defibrilyator qoyublar. O vaxtdan danimarkalı futbolçu rəsmi matçlarda meydana çıxmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026