• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Krımda güclü partlayış oldu

DÜNYA

09 Dekabr 2023 | 22:33 | Müəllif: Subhan Mahmudov

Krımda güclü partlayış oldu

Krımda kanalizasiya borularından birində güclü partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krımın "daxili işlər nazirliyi" məlumat yayıb.

"Dekabrın 8-də saat 17 radələrində Simferopol şəhərinin Qorki küçəsində partlayış baş verib. Polis əməkdaşları hadisə yerinə gediblər. Baxış zamanı binalardan birində kanalizasiya borusunun zədələnməsi aşkar edilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, daha öncə Teleqram kanallarında yayılan məlumatda bildirilib ki, notariat kontorunun yaxınlığında naməlum şəxslər kiçik əldəqayırma partlayıcını kanalizasiya borusuna yerləşdirərək onu uzaqdan idarə olunan qurğu vasitəsilə işə salıblar. Partlayıcı maddə kimi təxminən 50 qram ağırlığında pirotexniki qarışıqdan istifadə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026