• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Rusiya regionu tərk etməyə hazırlaşmır" - Peskov

DÜNYA

05 Sentyabr 2023 | 13:18

"Rusiya regionu tərk etməyə hazırlaşmır" - Peskov

Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına münasibət bildirərkən deyib.

"Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək" - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşdığını deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026