2026-cı ilin iyun ayında Ukrayna beynəlxalq tərəfdaşlarından 7,2 milyard avro məbləğində hərbi yardım alıb. Bu, ABŞ maliyyələşdirməsinin dayandırılmasından sonra qeydə alınan ən yüksək göstəricidir.
Bakıvaxtı.az bu barədə "Euractiv" nəşrinə istinadən xəbər verir.
Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, iyun ayında ayrılan yardımın həcmi 2024-cü ilin aprelindən bəri ən yüksək göstərici olub. Həmin vaxt Ukrayna 9,04 milyard avro məbləğində hərbi yardım almışdı. İndiki göstərici, həmçinin Rusiyanın tammiqyaslı müdaxiləsinin başlanmasından bəri aylıq hərbi dəstəyin həcminə görə üçüncü ən yüksək nəticə olub.
Artımın əsas səbəbi Avropa İttifaqının (Aİ) yeni maliyyələşdirməsi olub. May və iyun aylarında Avropa təsisatları Ukraynaya dəstək üzrə Aİ krediti çərçivəsində 4,3 milyard avro məbləğində hərbi yardım ayırıblar.
Bakı 



