• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

İlon Mask süni intellektlə bağlı bu çağırışı dəstəklədi

DÜNYA

12 Sentyabr 2026 | 20:46 | Müəllif: Günəş Mərd

İlon Mask süni intellektlə bağlı bu çağırışı dəstəklədi

Amerikalı iş adamı İlon Mask "Anthropic" şirkətinin baş direktoru Dario Amodeinin süni intellektin inkişafının təhlükəsizlik səbəbilə yavaşladılması ilə bağlı çağırışını dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, Mask bu barədə sosial şəbəkədə paylaşım edib. O, Amodeinin şəxsi saytında yayımlanan esseyə keçidə şərh olaraq “Dario haqlıdır” ifadəsini yazıb.

Qeyd edək ki, Mask süni intellekt sahəsində Anthropic şirkətinin birbaşa rəqiblərindən biri olan "xAI" şirkətinin təsisçisidir.

Dario Amodei öz essesində neyron şəbəkələrinin sürətli inkişafının yarada biləcəyi risklərə diqqət çəkib. O bildirib ki, süni intellekt sistemlərinin öyrənmə və inkişaf tempi cəmiyyətin onları nəzarətdə saxlamaq imkanlarını geridə qoya bilər.

Amodei fikirlərini əsaslandırmaq üçün insan operatorunun razılığı olmadan süni intellekt agentləri tərəfindən həyata keçirildiyi bildirilən kiberhücum nümunəsini də göstərib.

"Anthropic" rəhbərinin fikrincə, bu cür süni intellekt “komandalarının” inkişafına lazımi nəzarət edilməzsə, onların imkanları yaxın bir il ərzində, hətta daha qısa müddətdə ciddi səviyyəyə çata bilər. O, belə sistemlərin internet infrastrukturuna genişmiqyaslı müdaxilə edə və milyardlarla dollar həcmində zərər vura biləcəyi barədə xəbərdarlıq edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR