• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kiyevdə matəm elan edilib

DÜNYA

29 Avqust 2025 | 10:08

Kiyevdə matəm elan edilib

Avqustun 29-u Rusiyanın hücumu nəticəsində 4-ü uşaq olmaqla 23 nəfərin həlak olması səbəbindən Kiyev və regionda matəm günü elan edilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial media hesabında məlumat verib.

    Diplomat həmçinin qeyd edib ki, Ukraynanın Azərbaycandakı səfirliyi ünvanına başsağlığı müraciətləri göndərilə bilər.

    Qeyd edək ki, 28 avqustda Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026