• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kiyev işıqsız qaldı

DÜNYA

12 Noyabr 2023 | 16:42 | Müəllif: Subhan Mahmudov

Kiyev işıqsız qaldı

Ukraynanın paytaxtı Kiyevin bir neçə bölgəsində pis hava şəraiti səbəbindən elektrik enerjisi kəsilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana.ua" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bundan əvvəl şəhər rəhbərliyi yerli sakinlərə naqilləri qıra biləcək güclü yağış və külək barədə xəbərdarlıq edib.

Vətəndaşlardan küçəyə çıxarkən hava şəraitini nəzərə almaları xahiş olunub.

Eyni zamanda Kiyevin üç rayonu yağıntılar səbəbindən su altında qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026