• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kilian Mbappe Paris-2024-ə qatılmaya bilər

İDMAN

14 Mart 2024 | 17:55

Kilian Mbappe Paris-2024-ə qatılmaya bilər

Fransa millisinin və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe Paris-2024 Yay Olimpiya Oyunlarını buraxa bilər.

Bakıvaxtı.az Fransa mətbuatına istinadən xəbər verir ki, hücumçu AVRO-2024-də iştirakı səbəbindən olimpiadaya qatılmaq istəmir.

25 yaşlı forvard qrafikin sıx olması səbəbindən olimpiadanı buraxa biləcəyini açıqlayıb. Belə ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək, Yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Digər bir səbəb isə oyunçunun yayda "Real" keçəcəyi təqdirdə müqaviləsində olimpiadada iştirakının qadağan olunması ilə bağlı bəndin mövcudluğudur.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-nin şərəfini qoruyur. O, bu mövsüm meydana çıxdığı 36 matçda 35 qol vurub, 7 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026