• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Keçmiş diktatorun oğlu prezident olmaq istəyir

SİYASƏT

06 Oktyabr 2021 | 19:14

Keçmiş diktatorun oğlu prezident olmaq istəyir

Filippinin keçmiş prezidenti Ferdinand Markosun oğlu Ferdinand Bonqbonq Romualdes Markos ​​2022 -ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Facebook -da  video paylaşım edib.

Xatırladaq ki, kiçik Ferdinand Markosun atası Ferdinand Markos 1965-1986 -cı illərdə dövlətə rəhbərlik etmişdi. 1972 -ci ildə fövqəladə vəziyyət elan edən Markos ölkənin konstitusiyasını ləğv edərək Filippin diktatoru oldu. Daha sonra, 1986 -cı ildə hərbi çevriliş nəticəsində Havayya mühacirət etdi və elə orada1989 -cu ildə öldü.

Bir müddət əvvəl Filippinin yeni prezidenti Rodriqo Duterte yeni müddətə namizədliyini irəli sürə bilməyərək siyasətdən getmək qərarını açıqladı.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR