• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İtkin düşən Ağdam sakini dronla axtarılır

CƏMİYYƏT

15 Iyun 2021 | 16:19

İtkin düşən Ağdam sakini dronla axtarılır

Ağdam rayonunun itkin düşən sakinin axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, iyunun 8-də Ağdam rayon Seyidli kənd sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat daxil olduğu gündən etibarən Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən rayon ərazisində axtarış tədbirlərinə başlanılıb. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.

C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılır. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026