• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveçdə müsəlmanlara dəstək aksiyası keçirildi

DÜNYA

09 Sentyabr 2023 | 20:55 | Müəllif: Subhan Mahmudov

İsveçdə müsəlmanlara dəstək aksiyası keçirildi

Sentyabrın 8-də xristian icmalarının nümayəndələri qırmızı rəngli paltarlar geyinərək Höteborqdakı məscidin yanında toplaşıblar.

Bakıvaxtı.az xəbər verir ki, nümayiş müsəlmanlara dəstək əlaməti olaraq keçirilib.

Aksiya iştirakçıları “Nifrəti söndür” plakatı ilə cümə namazı vaxtı məscidə gəliblər.

“Qırmızı – məhəbbət rəngidir. İsveç müsəlmanları artan güvənsizlik hiss edirlər və biz ümid edirik ki, bu gün buraya gələnlər namaz qılıb onların dostlarının olduğunu görəcəklər”, - deyə pastor Marika Palmdal vurğulayıb.

Məscidin imamı Fərəc Semmo minnətdarlığını bildirərək, nümayiş iştirakçılarına gül təqdim edib.

Müsəlmanlara dəstək aksiyaları gələn həftə Höteborqun digər yerlərində də planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026