İş yoldaşını "işverən"sən sözünə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Röyal İbrahimova 3 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Anar Quliyevi bıçaqlayıb.
Röyal İbrahimov hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 




