• Bakı C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İş həftəsi 4 günlük ola bilər - QANUN NƏ DEYİR?

CƏMİYYƏT

11 Aprel 2026 | 00:00

İş həftəsi 4 günlük ola bilər - QANUN NƏ DEYİR?

Azərbaycanda 4 günlük iş həftəsinə keçid məsələsi son dövrlərdə ictimai və ekspert müstəvisində müzakirə olunan mövzulardan birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, mövcud əmək qanunvericiliyində bu model birbaşa nəzərdə tutulmasa da, mütəxəssislər hesab edir ki, gələcəkdə bu istiqamətdə dəyişikliklərin edilməsi mümkündür.

Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, ölkədə həftəlik iş norması 40 saat təşkil edir. Bu isə əsasən 5 günlük iş rejimi üzrə tətbiq olunur. İş saatlarının daha səmərəli bölüşdürülməsi yolu ilə 4 günlük iş həftəsinə keçid həm əmək məhsuldarlığını artıra, həm də işçilərin sosial rifahına müsbət təsir göstərə bilər.

Bir sıra ölkələrdə tətbiq edilən 4 günlük iş modeli artıq müsbət nəticələr verməyə başlayıb. Onların fikrincə, belə bir yanaşma Azərbaycanda da pilot layihələr çərçivəsində sınaqdan keçirilə bilər.

Mövzu ilə bağlı bəzi dairələrdə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti də vurğulanır. Qeyd olunur ki, gələcəkdə Əmək Məcəlləsinə edilə biləcək dəyişikliklər bu modelin tətbiqi üçün hüquqi baza yarada bilər.

Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı konkret qərar açıqlanmasa da, 4 günlük iş rejiminin tətbiqi perspektivləri getdikcə daha çox diqqət mərkəzinə düşür. Qlobal əmək bazarında baş verən dəyişikliklər fonunda Azərbaycan da bu tendensiyaları nəzərdən keçirə bilər.

Murad İsmayıl


SON XƏBƏRLƏR

10 Aprel 2026