• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İranda genişmiqyaslı təlimlər başlayıb

SİYASƏT

18 Sentyabr 2026 | 10:02 | Müəllif: Əli Hüseynov

İranda genişmiqyaslı təlimlər başlayıb

İranın paytaxtı Tehran başda olmaqla ölkənin bütün ərazilərində sentyabrın 18-də genişmiqyaslı fədakarlıq təlimləri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" İnformasiya Agentliyi məlumat yayıb.

Tədbirdə döyüş taborlarının və əhalinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edir.

Bildirilib ki, aksiya 313 000 nəfərin iştirakı ilə Tehranda keçirilən paradla başlayıb.

İnformasiyaya əsasən, mərasimdə İran istehsalı olan bir sıra pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib, eləcə də ölkənin bu sahədəki texniki imkanları göstərilib.

Tehran böyük şəhər bələdiyyəsi üzrə bu təlimlərə qatılmaq üçün təxminən 500 000 nəfər qeydiyyatdan keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026