• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda daha 201 nəfər koronavirusdan öldü

DÜNYA

06 Mart 2022 | 19:00 | Müəllif: Subhan Mahmudov

İranda daha 201 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 5 586 nəfər koronavirusa (COVID-19) yoluxub, 201 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 137 948 nəfərə, yoluxanların sayı isə 7 089 892 nəfərə çatıb. Virus daşıyıcılarından 3 722 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 730 318 nəfər koronavirusdan sağalıb, 47,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 143 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,9 milyon təşkil edir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026