• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrakli Qaribaşvili Macarıstana getdi

DÜNYA

03 May 2023 | 12:34

İrakli Qaribaşvili Macarıstana getdi

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Macarıstana səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçısı Budapeştdə keçiriləcək Mühafizəkar Siyasi Fəaliyyət Konfransında iştirak edəcək.

4-5 may tarixlərində baş tutacaq konfransda Baş nazir İrakli Qaribaşvilinin də çıxışı planlaşdırılıb.

İrakli Qaribaşvilinin eyni zamanda Macarıstanda yüksək səviyyəli görüşlər keçirəcəyi də qeyd edilib.

Baş naziri səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.

Qeyd edək ki, Gürcüstan müxalifəti Baş naziri Macarıstanda sözügedən tədbirdə iştirakını qınayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026