İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.
Bakıvaxtı.az xəbər verir ki, vulkan püskürməsindən sonra kül kütləsi təxminən 1000 metr yüksəkliyə ( dəniz səviyyəsindən 4 676 metrə qədər) qalxıb. Qeyd olunur ki, kül şimal və şimal-şərq istiqamətlərində yayılır.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və vulkanın kraterinə 3 kilometr məsafədən yaxınlaşmamağı tövsiyə edib. Bildirilib ki, vulkan ətrafa qızmar daş parçaları yaya bilər.












jpg-1765015009.webp)
jpg-1765014149.webp)


