• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

CƏMİYYƏT

06 Dekabr 2025 | 13:42 | Müəllif: Əli Hüseynov

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür.

Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbindən gəlinin əllərini qaldırmaqda çətinlik çəkdiyi də diqqətdən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri bu səhnələri müxtəlif cür qarşılayıblar: bəziləri belə təmtəraqlı hədiyyələri "var-dövlət nümayişi" kimi qiymətləndirib, digərləri isə bunun toy ənənəsinin bir hissəsi olduğunu bildiriblər.

Mərasimdən paylaşılan video qısa müddətdə minlərlə baxış toplayaraq böyük müzakirə yaradıb. Toyun harada və nə zaman keçirildiyi dəqiq bilinməsə də, mövzu sosial mediada ən çox danışılanlar arasına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR