“Virusa yoluxmamaq üçün, birinci növbədə, virusla təmasda olmamaq lazımdır”.
Bunu Bakıvaxtı.az-a infeksionist Mərdan Əliyev virusdan qorunmağın yollarından danışarkən deyib. Onun sözlərinə görə, çünki virusla təmasda olduqdan sonra xəstələnməmək şansı çox deyil.
İnfeksionistə görə, burada bir məsələ də var ki, immun sistemi həqiqətən yaxşı olarsa, virusa qarşı immunitetiniz vara, bu, sizi virusdan qoruyur: “Əgər yaxın zamanda xəstələnib sağalmısınız və yaxud peyvənd olunmusunuzsa, immunitet yaranır”.
Həkim vurğulayıb ki, bədəninizdə vitamin D səviyyəsi aşağıdırsa, normallaşdırmaq lazımdır: “Bunun üçün ayrıca vitamin D və vitamin C içmək olar. Həmçinin qidalanma və yuxu rejiminə yaxşı diqqət etmək lazımdır. Axşamlar yeməyinizə sarımsaq əlavə edə bilərsiniz. Sarımsağın həm antiviral effekti var, həm də immun sistemini yaxşılaşdırır. Bundan əlavə, meyvə və tərəvəz kimi vitaminli qidalar yemək lazımdır”.
Aytac Aslan
















