• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İmişlidə ağır qəza - İki nəfər həlak oldu

HADİSƏ

22 Noyabr 2022 | 17:13

İmişlidə ağır qəza - İki nəfər həlak oldu

İmişli rayonunda ağır qəza baş verib, iki nəfər həlak olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.


İmişlidə ağır qəza - İki nəfər həlak olduİmişlidə ağır qəza - İki nəfər həlak olduİmişlidə ağır qəza - İki nəfər həlak oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026