Dünyanın ən zəngin insanlarından olan İlon Mask Tesla-da böyük pay satışına imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, “Twitter”i alacağı və daha sonra satınalma müqavilələri bağlayacağı ilə bağlı spekulyativ açıqlamalarla gündəmə gələn İlon Mask 5-9 avqust tarixləri arasında 7,92 milyon Tesla səhmini satıb.
Satışa baxmayaraq, Mask 115,04 milyon Tesla səhminə sahibdir.
İlon Mask cəmi 32 milyard dollarlıq səhm satıb. Aprel ayında etdiyi 8,5 milyard dollarlıq səhm satışından sonra daha çox səhm satmağı planlaşdırmadığı, lakin Maskın bu vədinə əməl edə bilmədiyi bildirilib.
Aytac Aslan

















