• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

CƏMİYYƏT

14 Sentyabr 2026 | 10:23 | Müəllif: Günəş Mərd

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

***

08:56

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

***

08:44

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-a bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.

Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.

Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***

08:22

Səhər saatlarında Bakı metrosunun "İçərişəhər" stansiyasının önündə sıxlıq yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, “Həzi Aslanov”–“İçərişəhər” istiqamətində hərəkət edən qatarların hərəkəti dayanıb.

Nəticədə uzun növbə yaranıb.

Məsələ ilə bağlı Bakı Metropoliteninin QSC-nə sorğu ünvanlanıb.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026