"Artıq 4 ildir ki, ailə həyatı qurmuşam. Heç vaxt xəyanət etməmişəm, etmirəm və etməyəcəm də".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Azxeber.com"un "Gəl danış" layihəsinə müsahibəsində deyib.
Sənətçi xəyanətin səbəb və səbəbkarlarından söz salıb:
"Siz bir söz deyim, kişinin xəyanət etməyi onun xanımından aslıdır. Seçim edərkən qarşındakının psixoloji durumuna baxmalısan. Yalnız bundan sonra onunla həyatını davam etdirmək istəyib, istəməyəcəyinə qərar verməlisən".
"Qadın qarşısında düzgün, xəyanətsiz ər istəyir. Dostlarıma, tanışlarıma deyirəm ki, "əgər sizi bir dəfə tutsalar, bilin ki, sevgi bitib. O xanım sizin yanınızda qalsa belə, nəyəsə görə qalacaq. Ya uşaqlarına görə, ya başqa səbəbə... Bundan sonra siz evdə ən alçaq adam olursunuz. Buna görə bir az diqqətli olun", - deyə o əlavə edib.
Ziyafət Əlisoy
















