• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistanda milli kriptovalyuta yaradılır

İQTİSADİYYAT

23 Noyabr 2021 | 21:18

Hindistanda milli kriptovalyuta yaradılır

Hindistan parlamenti noyabrın 29-da qış sessiyası zamanı milli kriptovalyutanın yaradılması və ölkədəki bütün özəl kriptovalyutaların qadağan edilməsi haqqında qanun layihəsinə baxacaq.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının iclasının gündəliyində deyilir.

Həmçinin daha 25 qanun layihəsi aşağı palata baxılmaq üçün təqdim olunacaq.

2020-ci ilin martında Ali Məhkəmə Hindistan Mərkəzi Bankının 2018-ci ildə tətbiq etdiyi rəqəmsal valyutaların ticarətinə qoyduğu qadağanı ləğv etdikdən sonra kriptovalyuta birjaları və onların ticarəti ciddi problemə çevrilib. Bundan əvvəl ölkə hakimiyyəti kriptovalyutaların tənzimlənməsi qaydalarının olmaması səbəbindən bitkoinlərin qanunsuz fəaliyyətlərdə, o cümlədən çirkli pulların yuyulmasında istifadə edilməsindən narahatlığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026